20:31 / 22-10-2025
Min illik balta tapılıb
Bütün xəbərlər
Zelenski Çinin Ukraynanı dəstəkləməkdə tərəddüd etməsindən şikayətləndi
Tarix: 24-10-2025 07:06 | Bölmə: Manşet

Kiyev rejiminin lideri Vladimir Zelenski Çini Ukraynaya dəstək verməməkdə günahlandırdı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti onun Brüsseldə keçirilən Aİ sammitindəki çıxışından bir hissəni sitat gətirir.
Onun sözlərinə görə, Kiyev Pekinlə sabit əlaqə qurmayıb.
"Biz (Çin prezidenti - red.) Si Cinpinlə belə müntəzəm dialoq aparmırıq. Bir neçə telefon danışığımız oldu və o, mənə (Rusiyaya - red.) silah satmayacağını dedi. Amma bilirəm ki, Çin Rusiyaya kömək edir və bizim qələbəmizdə maraqlı deyil", - Zelenski bildirib.
22 oktyabrda ABŞ prezidenti Donald Tramp Si Cinpinin Ukrayna münaqişəsinin həllinə təsir göstərə biləcəyi fikrini bildirib.
İyun ayında Rusiya prezidenti Vladimir Putin Rusiyanın təhlükəsizlik baxımından özünü təmin etdiyini və xüsusi hərbi əməliyyatın (XHƏ) bütün məqsədlərinə çatmaq iqtidarında olduğunu bildirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər