Bütün xəbərlər
SDU əməkdaşları Ingiltərənin Middlesax Universitetində qazandıqları təcrübəni bölüşdülər
Tarix: 14-03-2019 18:36 | Bölmə: Sosial

Bu gün Sumqayıt Dövlət Universitetinin müəllim heyəti, laborant və tyutorları üçün ERASMUS+EQAC layihəsi çərçivəsində "Tədris və öyrənmə prosesində keyfiyyət təminatı" mözusunda Məlumat günü keçirildi.
Tədbir Humanitar məsələlər üzrə prorektor,
dosent Ramiz Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin əməkdaşı Nihad Hüseynov, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin əməkdaşı Sədaqət Fətullayevanın moderatorluğu ilə aparıldı. Tədbirdə universitetin 7 fakültəsindən nümayəndələr, Tarix və coörafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, BƏŞ-nin əməkdaşı Aliyə Xəlilbəyli iştirak edirdilər.
Tədbirin keçirlməsində məqsəd layihənin iş planına uyğun olaraq universitet heyətini EQAC layihəsi və yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirlmiş London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar – sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etmək təşkil edirdi. Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov iştirakçıları salamlayaraq layihə haqqında ümumi məlumat verdi və sözü layihənin meneceri t.f.d. Samirə Məmmədovaya verərək tədbiri açıq elan etdi.
Samirə Məmmədova Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMSU+EQAC layihəsi və Birləşmiş Krallığın Midlsaks Universiteti haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün geniş təqdimatla çıxış etdi və təlimlərdə öyrəndiklərini bölüşərək universitetin beynəlxalq əlaqələrinin genişləndirlməsi üçün ERASMUS+KA2 layihələrinin vacibliyini vurğuladı, universitet heyətinin dil biliklərinin inkişaf etdirilməsini və xarici layihələr çərçivəsində mübadilədə iştirak etməsini tövsiyə etdi. Şöbə əməkdaşı Nihad Hüseynov “Öyrənmə nəticələri” mövzusunda, Sədaqət Fətullayeva “Bloom taksonomiyası” mövzusunda təqdimatla çıxış etdilər.
Məlumat üçün qeyd edək ki, Middlesax universiteti 1878-ci ildə yaradılmışdır. 40000 tələbəsi var. Onun Malta və Dubayda filialları fəaliyyət göstərir.
Samirə Məmmədova, SDU-nun
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri 


Baxış sayı: 1 467


Bölməyə aid digər xəbərlər