Bütün xəbərlər
Valentina Matvienko: "Rusiya aktivlərinin müsadirəsi dünya iqtisadiyyatını məhv edəcək"
Tarix: 23-04-2024 10:37 | Bölmə: Sosial

Federasiya Şurasının sədri Valentina Matvienko əmindir ki, Qərb Rusiyanın aktivlərini Ukraynaya keçirmək üçün müsadirə etməyi planlaşdırmaqla böyük riskə gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dünya investorlarının belə görünməmiş addımı atmağa qərar verən dövlətlərə olan inamı sarsılacaq. Qlobal iqtisadiyyat sadəcə məhv olacaq, Matvienko RİA Novosti-yə müsahibəsində bildirib.
"Və, əlbəttə ki, bu, tamamilə qeyri-qanuni, qeyri-legitimdir və Avropada hamı başa düşür ki, bunu etmək olmaz"-Matvienko deyib.
Rusiya aktivlərinin ələ keçirilməsi müxtəlif ölkələrin biznes nümayəndələri arasında etimadı məhv edəcək. Federasiya Şurasının spikeri hesab edir ki, avropalı sahibkarlar öz dövlətlərinin hakimiyyətinin planları barədə danışmağa borcludurlar. Bu, birbaşa onlara aiddir, çünki Rusiyanın cavabı sərt olacaq.
"Mən onlara belə qərarlar verməyi məsləhət görməzdim"- Matvienko deyib.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər