22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Pentaqon: Birləşmiş Ştatlar Rusiyanın strateji qüvvələrinin mövqeyində heç bir dəyişiklik görmür
Tarix: 06-05-2024 21:22 | Bölmə: Manşet

ABŞ Rusiya Silahlı Qüvvələrinin qeyri-strateji nüvə silahları ilə təlimləri öncəsi Rusiya strateji qüvvələrinin yerləşdirilməsində heç bir dəyişiklik hiss etməyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Patrik Rayder deyib.
Hələlik Rusiya qüvvələrinin fərqli əməliyyat rejiminə keçdiyinə dair heç bir sübut yoxdur. "Aydındır ki, biz vəziyyəti izləməyə davam edəcəyik"-  Pentaqon sözçüsü deyib.
Rusiya Silahlı Qüvvələri yaxın vaxtlarda manevrlər keçirəcək. Onlarda Cənub Hərbi Dairəsinin bölmələri və Hərbi Dəniz Qüvvələri iştirak edəcək. Bölmələr qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təcrübə keçəcək.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdan gələn təlimlərə Qərb rəsmilərinin “müharibə xarakterli bəyanatları” kontekstində baxmaq lazımdır.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər