22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Tajani: "İtaliya Kiyevi Rusiya Federasiyasına hücumlar üçün silahla təmin etmir"
Tarix: 06-05-2024 19:58 | Bölmə: Siyasət

İtaliya Rusiya ilə müharibə vəziyyətində deyil və Rusiya ərazisinə hücum etmək üçün Ukraynaya silah göndərmir, baş nazirin müavini və İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İtaliyalı nazir Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın İtaliyanın Böyük Britaniya və Fransa ilə birlikdə Kiyevi “xüsusən də Krımda istifadə üçün” “Storm Shadow” uzaqmənzilli raketləri ilə təmin etməsi ilə bağlı bəyanatlarını şərh edib.
Tajaninin sözlərinə görə, İtaliya hakimiyyətinin siyasi məqsədi “silahların Ukrayna ərazisində fəaliyyət göstərməsini” təmin etməkdir.
“...Biz Rusiya ərazisini atəşə tutmaq üçün silah təklif etmirik”, - deyə, İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər