Bütün xəbərlər
Putin Fövqəladə Hallar Nazirliyinin rəhbərinə təcili olaraq Orenburq vilayətinə uçmağı tapşırıb
Tarix: 06-04-2024 21:59 | Bölmə: Sosial

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbərinə daşqın zonasında bütün zəruri tədbirlərin təşkili üçün təcili olaraq Orenburq vilayətinə uçmağı tapşırıb.
“Putinə daşqın yerində olan qubernator Denis Pasler məlumat verib” deyən Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, fövqəladə hallar naziri də daşqın bölgəsindəki vəziyyət və görülən tədbirlər barədə dövlət başçısına məlumat verib.
"Putin Kurenkova dərhal təbii fəlakət zonasına uçmağı tapşırıb", - Kreml sözçüsü bunun "insanlara kömək etmək üçün bütün lazımi işləri təşkil etmək" üçün lazım olduğunu vurğulayıb.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər