Bütün xəbərlər
Makron: "Fransa Rusiya və onun xalqı ilə müharibə etmir"
Tarix: 06-05-2024 21:18 | Bölmə: Manşet

Emmanuel Makron Fransa və Rusiya münasibətlərindən danışıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti ölkəsinin rus xalqı ilə müharibə aparmadığını vurğulayıb.
Sosial şəbəkələrdə yayımlanan Parisdə Çin prezidenti Si Cinpinlə birgə mətbuat konfransı zamanı Makron fransızların Rusiya ilə müharibə aparmadığını qeyd edib.
O, həmçinin əlavə edib ki, Fransanın Moskvada rejimin dəyişməsinə həvəsi yoxdur.
Bundan əlavə, prezident Çinin Rusiya ilə çoxillik münasibətlərinə hörmət etdiyini bildirib.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub