22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Fidan: "İranın İsraillə münaqişəsi böyük müharibənin xəbərçisi ola bilər"
Tarix: 05-05-2024 23:06 | Bölmə: Siyasət

İran və İsrail arasında münaqişə böyüyə və yeni iştirakçıları cəlb edə bilər, Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl Ərəbiyyə" telekanalına müsahibəsində deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomat yəmənli husilərin artıq münaqişəyə necə qoşulduğunu xatırladıb - onlar indi Qırmızı dənizdə gəmiçiliyə nəzarət edirlər. Ona görə də İran-İsrail münaqişəsi genişmiqyaslı müharibənin xəbərçisi ola bilər.
Nazirin sözlərinə görə, Qəzza zolağındakı münaqişədən dərs alınmasa, anklavda müharibə təkrarlanacaq.
Bundan əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Sindi Makkeyn Fələstin anklavının şimalında əsl qıtlığın başladığını və onun cənuba doğru irəlilədiyini bildirmişdi.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər