22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Si: "Çin Ukraynadakı münaqişənin həlli üçün bütün dünya ilə işləməyə hazırdır"
Tarix: 05-05-2024 20:55 | Bölmə: Manşet

Çin lideri Si Cinpin sülh və sabitliyin tezliklə Avropaya qayıdacağına ümid etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin rəhbəri "Le Figaro" üçün köşə yazısında yazıb ki, ÇXR böhranın öhdəsindən gəlmək üçün Fransa və bütün dünya ilə işləmək niyyətindədir.
Xatırladaq ki, mayın 5-də Si Cinpin Avropaya uçmuşdu. O, Fransa ilə yanaşı, Serbiya və Macarıstana da səfər edəcək.
Fransa prezidenti Emmanuel Makron, öz növbəsində, Ukrayna da daxil olmaqla, bütün münaqişələrdə atəşkəsin tətbiq ediləcəyi vaxt Çin rəhbəri ilə Olimpiya barışığını müzakirə etmək istədiyini söylədi.
Makron həmçinin əlavə edib ki, Avropanın iqlim və ya təhlükəsizlik kimi müxtəlif sahələrdə problemləri həll etmək üçün Çinə ehtiyacı var.




Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər