Bütün xəbərlər
Bakıda küçə musiqiçilərinə dəstək üçün konsert keçirildi
Tarix: 22-04-2024 01:06 | Bölmə: Sosial

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Cavan” Gənclər Hərəkatının təşkilatçılığı ilə “DOME Soul Space” yaradıcılıq məkanında "Sound of the Street" adlı tədbir təşkil olunub.
Sabaha-inamla.az-a bu barədə Azərbaycan Respublikasının Gənclər Fondundan bildiriblər.

Qeyd olunub ki, tədbirin təşkilində əsas məqsəd gənclərin musiqi istedadını üzə çıxarmaq, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, onlar arasındakı şəbəkələşmənin gücləndirilməsi, həmçinin gənc musiqiçilərə və küçə sənətinin inkişafına dəstək olmaqdır.
Artıq üçüncü dəfə keçirilən “Sound of the Street” gecəsində müxtəlif musiqi janrlarını ifa edən gənclər bir araya gələrək, enerjili musiqiləri ilə tamaşaçıları əyləndiriblər. Bu tədbir gənclərin potensiallarını səhnədə göstərmələri üçün əla bir fürsət olub.
Sabaha-inamla.az






Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər