Bütün xəbərlər
Vıqovski: "Almaniyada Rusiya Federasiyasına aparıldığı hesab edilən 161 ukraynalı uşaq tapılıb
Tarix: 17-04-2024 16:16 | Bölmə: Sosial

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqların Almaniyada tapıldığını Ukrayna Milli Polisinin rəhbəri İvan Vıxovski etiraf edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət 161 uşaqdan gedir, Ukrayna mediası yazır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ukraynalılar yerli sosial xidmətlər tərəfindən seçilmiş uşaqları geri qaytarmaq üçün Avropadakı rus diplomatlarına müraciət edirlər. Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa hakimiyyəti 225 uşağı valideynlərindən alıb. Belə halların ən çoxu Almaniyada qeydə alınıb – 71.
Ekspertlərin fikrincə, münaqişə bitdikdən sonra Ukraynada 25 milyona yaxın insan yaşayacaq. Bunların 10 milyonu pensiyaçılar, 5 milyonu uşaq, 2-3 milyonu veteran və əlillər, 7-8 milyonu vergi ödəmək qabiliyyətinə malik aktiv vətəndaşlardır.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər