Bütün xəbərlər
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
Tarix: 29-04-2024 22:29 | Bölmə: Sosial

                       mehriban-eliyevadan-ulviyyeye-tebrik


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir:
“Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.


 Bizi Twitterdə izləyin


Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər