22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Çoxuşaqlı ailənin evində baş verən yanğında məktəbli qız ölüb
Tarix: 05-05-2024 20:28 | Bölmə: Cəmiyyət

Anapadakı fərdi evdə yanğın 11 yaşlı qızın həyatına son qoyub, onun böyük qardaşı xəstəxanaya aparılıb, İstintaq Komitəsinin Kuban şöbəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə mayın 4-də günorta saatlarında Varvarovka kəndinin Mərkəzi küçəsində baş verib. Yanğın çoxuşaqlı ailənin yaşadığı evin ikinci mərtəbəsində baş verib. On bir yaşlı məktəbli bacı-qardaşlarından fərqli olaraq küçəyə çıxmağa vaxt tapmayıb, yanğını söndürən zaman onun meyiti aşkarlanıb.
On yeddi yaşlı yeniyetmə dəm qazından zəhərlənib və hazırda xəstəxanadadır, lakin onun həyatı üçün təhlükə yoxdur.
Yanğının səbəbi hələ müəyyən edilməyib.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər