Bütün xəbərlər
Sumqayıt şəhərində vətəndaşlarla pensiya qanunvericiliyi, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və məşğulluq tədbirləri ilə əlaqədar növbəti görüş keçirillib
Tarix: 15-10-2019 12:12 | Bölmə: Sosial


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində vətəndaşlarla pensiya qanunvericiliyi, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və məşğulluq tədbirləri ilə əlaqədar növbəti görüş keçirilmişdir. Görüş Sumqayıt şəhər İcra Başçısının 4 nömrəli Sahə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 48-ci məhəllədə təşkil edilmişdir. Görüşdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Ceyhun Süleymanov, müdir müavini Zaur Rəsulov, Sosial xidmət sektorunun müdiri Leyla Cəfərova, Pensiya sektorunun baş məsləhətçisi Nəriman Piriyev və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov və sektor müdiri Zaur Allahverdiyev iştirak edib, vətəndaşların problemləri ilə yaxından tanış olub, onların suallarını cavablandırıb, müəyyən müraciətlərin araşdırılması üçün qeydiyyatlar aparıblar. Müraciətlərinin dəqiq araşdırılması üçün bir necə vətəndaş şöbəyə və əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlərə iş yerlərinin təklif olunması üçün mərkəzə dəvət olunmuşdur.
Sabaha-inamla.Az



Baxış sayı: 709


Bölməyə aid digər xəbərlər