Bütün xəbərlər
Gülnaz Abdullayeva Heydər Əliyevin 100 illiyi ( 1923- 2023)" yubiley medalı ilə təltif olunub
Tarix: 03-04-2024 12:56 | Bölmə: Sosial


31 ildən artıq Sabunçu rayonundakı 142 nömrəli məktəbin direktoru işləmiş Əməkdar müəllim Gülnaz Fərman qızı Abdullayeva Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş " Heydər Əliyevin 100 illiyi ( 1923- 2023)" yubiley medalı ilə təltif olunub.
Gülnaz Abdullayeva göstərilən yüksək diqqətə görə Prezidentimizə minnətdarlığını bildirib. Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla andığını vurğulayıb.
Qeyd edək ki, Gülnaz Abdullayeva həyatının çox hissəsini Azərbaycan təhsilinin inkişafına,şagirdlərin təlim-tərbiyəsinə sərf edib. Direktoru olduğu 142 nömrəli məktəbin irəli getməsində əlindən gələni edib.Hər zaman öz sadəliyi, mərdliyi, xeyirxahlığı, təvazökarlığı, təmənnasız xidmətləri ilə seçilib.Tarixə düşəsi, tarixdə qalası bir
direktordur, insandır.
Uğurlarınız bol olsun,Gülnaz xanım!
Sabaha-inamla.az



Baxış sayı: 1 322


Bölməyə aid digər xəbərlər