Bütün xəbərlər
Həyat yoldaşı və qızı xəstəxanada Çibisi ziyarət etdilər
Tarix: 05-04-2024 22:25 | Bölmə: Sosial

Sui-qəsd cəhdindən sonra müalicəsi davam edən Murmansk vilayətinin qubernatoru Andrey Çibisə həyat yoldaşı və qızı xəstəxanada baş çəkib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ci
bis Telegram kanalında ailəsinin əhatəsində reanimasiya şöbəsində olduğu şəklini yayımlayıb.
Bu arada Moskvada keçirilən “Rusiya” sərgi və forumunda Andrey Çibisi dəstəkləmək qərarına gəliblər. Murmansk vilayətinin stendində qubernatorla şəkil yerləşdirdilər və sağalmağı arzuladılar.
Daha əvvəl bildirilib ki, cümə axşamı axşam Andrey Çibis bölgə sakinləri ilə görüşdən sonra qarnından bıçaqla yaralanıb. Cinayətkar saxlanılıb, araşdırma aparılır.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər