Bütün xəbərlər
Mişustin: "Rusiyanın yaxşı elektrik avtomobili hazırlamaq şansı var"
Tarix: 03-04-2024 15:27 | Bölmə: Sosial

Rusiya ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafına böyük diqqət yetirir. Ölkənin öz yaxşı elektrik avtomobili yaratmaq üçün hər cür imkanı var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri baş nazir Mixail Mişustin Dövlət Dumasında hökumətin hesabatı zamanı deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq aktiv şəkildə aparılır.
"Bu məqsədlər üçün çox böyük vəsait ayrılır. Eyni zamanda, təkcə avtomobil deyil, həm də müvafiq infrastruktur yaratmaq lazımdır", - deyə, Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.
Bundan əvvəl hökumət enerji doldurma stansiyalarının istehsalına başlayıb. Təkcə bu il 1337 cihazın yaradılmasına 3,7 milyard rubl ayrılıb.
"Biz Atom elektromobilində yaxşı nəticələr gözləyirik. Layihə Sergey Koqoqinin rəhbərliyi altında həyata keçirilir", - Mişustin əlavə edib.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər