Bütün xəbərlər
AŞ PA prezidenti Azərbaycana gələcək
Tarix: 10-09-2019 15:17 | Bölmə: Karusel

                            

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, o, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.
Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda “dəyimir masa”da iştirak edəcək.


Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər