Bütün xəbərlər
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
Tarix: 23-04-2024 21:25 | Bölmə: Karusel

Bryansk Sovet məhkəməsi terror aktı hazırlamaqda təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumi yurisdiksiyalı regional məhkəmələrin birgə mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiya FSB-nin regional şöbəsinin müstəntiqinin vəsatətinə baxılmasının nəticələrinə əsasən, istintaqa cəlb olunan şəxs həbs edilib.
Ukrayna millətçilərinin ideologiyasını bölüşən və onların tapşırıqlarını yerinə yetirən Rusiya vətəndaşı iki ay müddətinə istintaq təcridxanasına göndərilib. Həmin şəxs ən azı bu il iyunun 21-dək istintaq təcridxanasında qalacaq.
Bundan əlavə, bəyanatda təqsirləndirilən şəxsin “Rusiya Azadlıq legionu”nun (terrorçu kimi tanınan və Rusiya Federasiyası ərazisində qadağan edilmiş təşkilat) üzvü olduğu dəqiqləşdirilib.
Xatırladaq ki, aprelin 23-də səhər saatlarında Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzində hücumçunun həbsi barədə məlumat verilib.
Əks-kəşfiyyat əməkdaşları Bryansk vilayətində terror aktı törətmək üçün anbardan əldəqayırma partlayıcı qurğunu götürüb cinayətkarlara təhvil vermək üçün kuratordan göstəriş alan şəxsi müəyyən ediblər. Partlayışın ictimai yerdə planlaşdırıldığı məlum olub.
Faktla bağlı terror aktına köməklik və təşviqat və terror təşkilatının fəaliyyətində iştirak maddələri ilə cinayət işi açılıb.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər