Bütün xəbərlər
Ukraynanın qərbində hərbi geyimli şəxslər nəzarət-buraxılış məntəqəsində bir polisi güllələyiblər
Tarix: 20-04-2024 12:00 | Bölmə: Karusel

Ukraynanın Vinnitsa vilayətində iki hərbi geyimli şəxs nəzarət-buraxılış məntəqəsində polisə atəş açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  ölkənin Milli Polisinin məlumatına görə, polislərdən biri ölüb, ikincisi isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Təsvir edilən hadisələr aprelin 20-də gecə saat iki radələrində Qaysinski rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində hərbi geyimdə iki nəfərin olduğu tünd yaşıl rəngli Suzuki Grand Vitara avtomobilini saxlayıblar. Həmin şəxslər sənədləri görməyi tələb etdikdən sonra polisə atəş açıb və qaçıblar.
Təcili yardım gələn zaman 20 yaşlı hüquq-mühafizə orqanının əməkdaşı ölüb, ortağı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Şübhəlilərin kimliyi müəyyən edilib, lakin onların izini tapmaq hələ ki mümkün olmayıb. Axtarış təkcə Vinnitsa deyil, həm də hücum edənlərin getdiyi iddia edilən Odessa vilayətində aparılır.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər