Bütün xəbərlər
UEFA "Aston Villa"nın qapıçısı Martinesi Konfrans Liqasından kənarlaşdırıb
Tarix: 19-04-2024 22:30 | Bölmə: Karusel

"Aston Villa"nın qapıçısı Emiliano Martinez Konfrans Liqasının yarımfinalında Yunanıstan "Olimpiakos"u ilə ilk oyunda iştirak etməyəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu bir oyunluq cəzalanıb.
Fransanın "Lill"i ilə 1/4 final matçının cavab oyununda Martinez iki sarı vərəqə alıb. Birinci - ilk yarıda, ikinci - penaltilər seriyasında. Oyundaxili xəbərdarlıqlar penalti zərbələrinə şamil olunmadığı üçün qapıçı meydandan qovulmayıb.
"Sky Sports"-un Avropa Futbol Assosiasiyaları İttifaqının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Martinez 1/4 finalda üç sarı vərəqə aldığı üçün "Olimpiakos"la görüşü buraxacaq. “Lill”lə ilk oyunda argentinalı qapıçı qeyri-idman hərəkətinə görə hakim tərəfindən cəzalandırılıb.
"Aston Villa" mayın 2-də evdə Yunanıstan klubunu qəbul edəcək.Cavab oyunu mayın 9-da Yunanıstanda keçiriləcək.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər