Bütün xəbərlər
Politoloq Suzdaltsev saxlanması ilə bağlı yayılan xəbərləri təkzib edib
Tarix: 20-04-2024 21:30 | Bölmə: Karusel

Politoloq Andrey Suzdaltsev saxlanması ilə bağlı məlumatı təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-yə müsahibəsində o, evdə olduğunu bildirib.
Bundan əvvəl mətbuatda politoloqun Belarus Daxili İşlər Nazirliyinin tələbi ilə saxlanılaraq istintaq təcridxanasına aparıldığı barədə məlumat yayılıb. Respublikada o, ekstremist təşkilat yaratmaqda ittiham olunur.
Xatırladaq ki, 2023-cü ildə Baranoviçi şəhər məhkəməsi Suzdaltsevin Telegram kanalını ekstremist material kimi tanıyıb. Artıq 2024-cü ildə Belarus Respublikasının Daxili İşlər Nazirliyi kanalı ekstremist birləşmə elan edib.
Politoloqu 7 ilə qədər həbs cəzası gözləyə biləcəyi dəqiqləşir.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər