07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Şimali Osetiya sərhədində ukraynalı casus saxlanılıb
Tarix: 20-04-2024 16:04 | Bölmə: Karusel

Şimali Osetiyanın “Verxniy Lars” keçid məntəqəsində sərhədi keçmək istəyən Ukrayna vətəndaşı saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya FSB-nin Şimali Osetiya üzrə sərhəd idarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, 36 yaşlı əcnəbi messencerlər vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarına şəxsi heyətin və hərbi texnikanın hərbi əməliyyatlar aparılan ərazidə yerləşməsi barədə məlumat toplayıb və ötürüb.
Saxlanılan şəxs barəsində casusluq maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs istintaq təcridxanasına göndərilib, idarədən aydınlıq gətirilib.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər