Bütün xəbərlər
Ukraynada ötən il dünyasını dəyişən jurnalist hərbi komissarlığa çağırılıb
Tarix: 21-04-2024 18:04 | Bölmə: Karusel

Ukraynada hərbi komissarlıq əməkdaşları ölən jurnalisti Ukrayna Silahlı Qüvvələrinə səfərbər etməyə cəhd ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idman jurnalisti Artem Frankov Obolon ərazi çağırış mərkəzindən (Ukraynada hərbi komissarlığa çağırıldığı üçün) çağırış vərəqəsi alıb. Eyni zamanda, Kiyevdəki "Futbol" jurnalının redaksiyasına rəhbərlik edən Frankov ötən ilin noyabrında vəfat etdi. Onun 53 yaşı var idi.
Bir gün əvvəl məlum olub ki, Ukrayna kəndinin sakinləri onlara gələn hərbi komissarın üzərinə hücum ediblər. Münaqişə xəbərdarlıq atəşi ilə başa çatıb.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər