Bütün xəbərlər
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
Tarix: 23-04-2024 22:44 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası müdafiə nazirinin müavini Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını bildirib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Rusiya müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - deyə, idarənin Telegram kanalında bildirilib.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər