Bütün xəbərlər
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
Tarix: 19-04-2024 09:27 | Bölmə: Karusel

İngiltərənin “Liverpul” klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda İtaliya “Atalanta”sına 1:0 hesabı ilə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin yeganə qolunu yeddinci dəqiqədə penaltini dəqiq yerinə yetirən misirli Məhəmməd Salah vurub.
"Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk oyuna başlayıb, 80 dəqiqə meydanda olub və onu Ademola Lookman əvəzləyib.
İlk oyun İtaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Berqamasklılar Avropa Liqasının yarımfinalına çıxıblar və burada Portuqaliya “Benfika”sını iki oyunda məğlub edən Fransa “Marsel”i ilə qarşılaşacaqlar.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər