Bütün xəbərlər
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
Tarix: 23-04-2024 22:50 | Bölmə: Karusel

Zaporojye vilayətində dinc sakinləri daşıyan avtomobil Ukraynaya məxsus pilotsuz uçan aparat tərəfindən vurulub. Dörd nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum Mirnoye kəndi yaxınlığında baş verib.
Daha əvvəl DXR rəhbəri Denis Puşilin bildirmişdi ki, son 24 saat ərzində Ukraynadan respublika ərazisinin atəşə tutulması nəticəsində iki qadın yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin mərmiləri Donetskin Petrovski rayonunda bir evə, həmçinin Qorlovkanın Nikitovski rayonunda üç mülki infrastruktur obyektinə ziyan vurub.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər