Göygöldə bank işçisi qətlə yetirildi
Tarix: 08-09-2019 15:03 | Bölmə: Karusel


                      Göygöldə bank işçisi qətlə yetirildi

Göygöldə bank işçisi qətlə yetirilib. 
“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Üçtəpə kəndində yaşayan, Beynəlxalq Bankın Gəncə fililanın aparıcı mütəxəssisi Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazından bıçaqlanaraq qətlə yetirilib. 
Məlumata görə, G.Cəlilinin həyat yoldaşı 10 il əvvəl dünyasın dəyişib. O, atası və iki övladı (bir qız bir oğlan) ilə birgə yaşayırmış. Qətl baş verən ötən gecə isə qadının bibisi onların evində olub.
Məlumata görə qətli, qadının keçmiş iş yoldaşı, əvvəllər Beynəlxalq Bankın Gəncə fililaında mühafizəçi işləyən 28 yaşlı polis əməkdaşı Orxan Məmmədov törədib. 
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər