Bütün xəbərlər
Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, xəsarət alanlar var
Tarix: 14-08-2019 01:13 | Bölmə: Karusel

                                 

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında iki avtomobil toqquşub.
Qəzada hər iki sürücü 48 yaşlı Mirzoyev Namik Kərim oğlu və 35 yaşlı Əliyev Ənvər Məhəmməd oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Mirzoyev Namikə qapalı kəllə-beyin travması və beyin silkələnməsi, Əliyev Ənvərə isə belin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır. 


Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər