Bütün xəbərlər
Atambayevin iqamətgahına hücum nəticəsində yaralananların sayı 36-ya çatıb
Tarix: 08-08-2019 01:47 | Bölmə: Karusel

                               

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşe kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 36 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Saat 00:55-ə (Bakı vaxtı ilə 22:55) olan məlumata görə, səhiyyə müəssisələrinə 36 zərərçəkmiş daxil olub, onların 15-i müxtəlif xəsarətlər alan güc strukturu əməkdaşlarıdır", - deyə məlumatda bildirilir.



Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər