Bütün xəbərlər
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
Tarix: 19-04-2024 09:23 | Bölmə: Karusel

Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçında Almaniyanın "Bayer"i səfərdə İngiltərənin "Vest Hem Yunayted"i ilə heç-heçə edib - 1:1.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Maykl Antonio, qonaqların heyətində isə 89-cu dəqiqədə Ceremi Frimponq fərqlənib.
İlk oyun Almaniya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Bayer” ümumi hesabda Avropa Liqasının yarımfinalına yüksəlib.
Paralel 1/4 final matçında "Roma" Canluka Mançini və Paulo Dibalanın qolları sayəsində "Milan"ı azlıqda (2:1) məğlub edib. İlk qarşılaşmada milanlılar daha güclü olub – 1:0.
“Bayer” və “Roma” turnirin finalına çıxmaq uğrunda mübarizə aparacaq. Onların görüşləri mayın 2-si və 9-na təyin edilib. İkinci yarımfinalda Fransanın “Marsel” və İtaliyanın “Atalanta” klubları qarşılaşacaq.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər