Bütün xəbərlər
Astarada narkotik qəbul edərək sərnişin daşıyan sürücü saxlanılıb
Tarix: 10-07-2019 11:34 | Bölmə: Karusel

             Astarada narkotik qəbul edərək sərnişin daşıyan sürücü saxlanılıb



Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb. 
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, taksi kimi idarə etdiyi “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 
Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyənləşib. 
Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib. Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

















Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər