Bütün xəbərlər
Lion merinin evində polis axtarış aparır
Tarix: 05-06-2019 17:04 | Bölmə: Karusel

                                               

Fransanın Lion şəhərinin meri, ölkənin sabiq daxili işlər naziri Jerar Kolombun evində polis axtarışa başlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, axtarışlar J.Kolombun iş yerində də aparılır.
Axtarışlara səbəb kimi J.Kolombun keçmiş arvadı Məryəm Nuri tərəfindən 2009-2018-ci illər ərzində 500 min avro ümumi vəsaitin mənimsənilməsi şübhəsi ilə bağlı aparılan ilkin araşdırmalar göstərilir.
Qeyd edək ki, J.Kolomb 2017-ci ilin may ayından 2018-ci ilin oktyabr ayınadək ölkənin daxili işlər naziri vəzifəsində çalışıb.


Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər