Bütün xəbərlər
"Təbrik" şadlıq sarayında müştərini bıçaqlayan ofisiantın ibtidai istintaqı başa çatıb
Tarix: 21-05-2019 10:00 | Bölmə: Karusel

                                             

Bakıda restoranda müştərini bıçaqlamaqda təqsirləndirilən Elşən Seyidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakının Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.
Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü E.Seyidzadə 1981-ci il təvəllüdlü Rəcəb Muradovla mübahisə edib. Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.


Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər