Bütün xəbərlər
Gürcüstanda 11 futbolçu danışılmış matçlarda iştiraka görə həbs edilib
Tarix: 21-05-2019 00:48 | Bölmə: Karusel

                                


Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi danışılmış matçlarda iştirakda şübhəli bilinən səkkiz futbolçunu və üç keçmiş oyunçunu saxlayıb.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında bildirilir.
Qeyd edilir ki, keçmiş futbolçular Vaxtanq C, Laşa Ç və Nika D-dır. Həmçinin İrakli X, Robert İ, İraki B, Coni Ş, Georgi Q, Nikoloz M, Paata Qx, və Nodar K saxlanılıb. Onlar "Quriya Lançhuti", "Çiatur", "Vit Corci" komandalarının oyunçularıdır.
İistintaqın məlumatına görə, futbolçular mütəşəkkil cinayətkar qrupdan pul vəsaitlərinin alınmasından sonra matçları uduzublar. Oyunçular 93,5 min lari (34 dollardan çox) alıblar. Onları dörd ildən altı ilə qədər həbs cəzası gözləyir. 


Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər