Bütün xəbərlər
Şirvanda oğul atasını bir yumruq zərbəsi ilə öldürdü
Tarix: 12-03-2020 09:11 | Bölmə: Karusel

                 Şirvanda oğul atasını bir yumruq zərbəsi ilə öldürdü

Şirvanda oğul atasını qətlə yetirib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun G.Şıxbalaoğlu küçəsində baş verib.
Belə ki, şəhər sakini 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə övladı, 1977-ci il təvəllüdlü Xanışov Elşən Zeynal oğlu arasında mübahisə düşüb.
Mübahisə zamanı E.Xanışov atası Z. Xanışovu bir yumruq zərbəsi ilə qətlə yetirib.
Atasını qətlə yetirən E.Xanışov Şirvan şəhər polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər