Bütün xəbərlər
Nigar Arpadarainin dairəsində daha 1 məntəqə ləğv edildi
Tarix: 24-02-2020 20:03 | Bölmə: Karusel

                 Nigar Arpadarainin dairəsində daha 1 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29  saylı Səbail seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Şikayətçi namizədlər Rəhimov Elçin  və Sultan Nəcəfov müraciətlərində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 
MSK-nın araşdırması zamanı müəyyən olunub ki,  23 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 
Qeyd edək ki həmin dairədə lider namizəd Nigar Arpadaraidir.  


Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər