Bütün xəbərlər
MSK seçkilərlə bağlı yeni kitabçalar nəşr edib
Tarix: 21-01-2020 13:47 | Bölmə: Karusel

                 MSK seçkilərlə bağlı yeni kitabçalar nəşr edib

Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində bir neçə kitabça nəşr edib.
“Qafqazinfo”nun “secki-2020.az”a istinadən məlumatına görə, kütləvi informasiya vasitələrinin nümayəndələri, polis əməkdaşları və müşahidəçilər üçün yaddaş kitabçaları hazırlanıb.
Yaddaş kitabçaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Yaddaş kitabçalarında KİV nümayəndələrinin, polis əməkdaşlarının və müşahidəçilərin seçkilər dövründəki fəaliyyəti, hüquq və vəzifələri haqqında ətraflı məlumat öz əksini tapıb.


Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər