09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medala sahiblənib
Tarix: 02-11-2019 17:17 | Bölmə: Karusel

                         

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası 22-ci Avropa çempionatında Azərbaycanın qadın şahmatçılardan ibarət komandası bürünc medala sahiblənib.
Trend-in məlumatına görə, son turda Ermənistan komandası ilə qarşılaşan Günay Məmmədzadə Lilit Mkrtçyana, Ülviyyə Fətəliyeva Mariya Gevorqyana qalib gəlib. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.
Görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi