Bütün xəbərlər
Azərbaycanda polis mayoru cəzalandırıldı - SƏBƏB
Tarix: 01-09-2019 16:31 | Bölmə: Cəmiyyət



                                      

Tovuz rayon Qovlar şəhər sakini Vaqif Əhmədovun Tovuz rayon Polis Şöbəsinin Qovlar şəhər Polis Bölməsinin əməkdaşı, polis mayoru Paşa Rzayevin onu təhqir etməsi ilə bağlı bəzi informasiya saytlarında dərc olunan xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya münasibət bildirilib.
Qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımovun sözlərinə görə, Tovuz rayonu, Qovlar şəhər sakini Vaqif Əhmədov avqustun 23-də DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz rayon Polis Şöbəsinə müraciət edərək şöbənin Qovlar şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib. Müraciət ilə əlaqədar rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.
“Bundan başqa Vaqif Əhmədov Tovuz rayon Polis Şöbəsinə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, - E. Qasımov qeyd edib.


Baxış sayı: 624


Bölməyə aid digər xəbərlər