Bütün xəbərlər
Ağacın aşması nəticəsində üç yaşlı qız ağır xəsarət alıb
Tarix: 21-04-2024 17:39 | Bölmə: Cəmiyyət

Bazar günü günortadan sonra Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən İvanovskie Prudı parkında uşaqla bağlı fövqəladə hadisə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, güclü külək ağacın təpəsini üç yaşlı qızın oturduğu uşaq meydançasına salıb.
Rayon Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci il təvəllüdlü azyaşlı açıq kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsinin regional qərargahının əməkdaşları artıq faktla bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açıb. Hadisə yerində müstəntiqlər işləyir. Hadisənin bütün səbəbləri və şəraiti müəyyənləşdirilir.
Bundan əlavə, prokurorluq federal qanunvericiliyin tələblərinin yerinə yetirilməsini və ərazinin saxlanmasına cavabdeh olan vəzifəli şəxslərin hərəkətlərini qiymətləndirəcəkdir.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər