Bütün xəbərlər
Qonşusunun qarajında qumbaranı partladıb
Tarix: 24-04-2024 15:46 | Bölmə: Cəmiyyət

Stavropol diyarının istintaq orqanları Zaqorski kəndində qumbara partlamasından sonra adam öldürməyə cəhdlə bağlı cinayət işi açıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional istintaq idarəsindən verilən məlumata görə, qonşusu ilə daim münaqişədə olan Zaqorski kənd sakini çərşənbə günü onun qarajına gələrək partlayıcı qurğunu işə salıb. Ehtimallara görə, hücum edən şəxs qumbara partladıb.
Qarajda olan iki nəfərdən biri ölüb, ikincisi yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı adam öldürməyə cəhd və qanunsuz olaraq partlayıcı qurğuların əldə edilməsi və saxlanması maddələri ilə cinayət işi açılıb.
İstintaq çərçivəsində axtarışlar aparılır və zəruri ekspertizalar təyin edilir. Faciəvi hadisənin baş vermə şəraiti aydınlaşdırılır.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər