Bütün xəbərlər
Həmkəndlilər arasında mübahisə qətllə nəticələnib
Tarix: 21-04-2024 23:45 | Bölmə: Cəmiyyət

Novosibirsk vilayətində 25 yaşlı gəncin tanışları tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Novosibirsk vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, bazar günü gecə Kıştovski rayonunda kəndin iki sakini arasında dava düşüb. Münaqişə zamanı kişilərdən biri bıçaqdan istifadə edərək 25 yaşlı rəqibini bıçaqlayıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Kişinin ölümü ilə bağlı cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb, onun həbsi ilə bağlı məsələ həll edilir.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər