Bütün xəbərlər
Vladimirdə vilayət hökumətinin binası yaxınlığında bir nəfər “Molotov kokteyli” atıb
Tarix: 13-04-2024 21:26 | Bölmə: Cəmiyyət

Vladimir vilayətinin regional hökumətinin binasını naməlum şəxs yandırıb, yanğınsöndürənlər maşını söndürməli olublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, aprelin 13-də günorta saatlarında naməlum şəxs Vladimir şəhərində regional hökumət binası yaxınlığında 3 ədəd “Molotov kokteyli” atıb. Hadisə nəticəsində avtomobil yanıb.
Hadisə yerinə bir neçə yanğınsöndürən maşın gəlib. Hazırda avtomobil söndürülüb, yanğın 3 kvadratmetrə yaxın olub. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Hücum edən şəxs saxlanılıb, onun hərəkətinin motivləri və hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər