Bütün xəbərlər
Yoldan keçənlərin üstünə "kislata" tökən şəxs həbs edilib
Tarix: 14-04-2024 18:12 | Bölmə: Cəmiyyət

Məhkəmə Moskva vilayətinin Şçelkovo şəhərində insanların üzərinə "kislata" tökən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin regional baş idarəsinin mətbuat xidmətinin bazar günü verdiyi məlumata görə, Monino kəndinin 32 yaşlı sakini nəzarətə götürülüb. Həbs olunan şəxs ən azı bu il iyunun 12-dək istintaq təcridxanasında qalacaq.
Xatırladaq ki, aprelin 10-da axşam saatlarında istintaqa cəlb olunan gələcək şəxs yoldan keçən 16 yaşlı gəncə kimyəvi maye vurub, sonra isə qadının üzərinə turşu-"kislata" səpib.
Yeniyetmə qızın ayaqları yanıb, ikinci qurban isə bədəni və üz nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs saxlanılıb və dindirilmə zamanı təqsirini etiraf edib.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi “Xuliqanlıq” ilə cinayət işi açılıb, 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hazırda iş üzrə artıq məhkəmə-tibbi ekspertizalar təyin edilib, müstəntiqlər həmçinin kimyəvi və psixoloji-psixiatrik ekspertizalar keçirməyi planlaşdırır.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər