Bütün xəbərlər
Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
Tarix: 15-04-2024 16:01 | Bölmə: Cəmiyyət

kecmis-mekteb-direktoru-haqda-son-qerar


Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib.
Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla Ə.Əliyev haqda ömürlük azadlıqdan məhrumetmə qərarı qüvvədə saxlanılıb.
Bununla da ana və iki azyaşlının ölümünə səbəb olan məhkum ömürlük Qobustandakı qapalı həbsxanada qalacaq.
Qeyd edək ki, hadisə 2022-ci ildə Bakının Nizami rayonunda baş verib. 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə xüsusi amansızlıqla öldürülüblər.  
Məhkum Ə.Əliyev əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər