Bütün xəbərlər
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
Tarix: 24-04-2024 15:25 | Bölmə: Cəmiyyət

Aprelin 24-də günorta saatlarında Simferopol yaxınlığında üç dəmiryol çəni yanıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə Baş İdarəsinin məlumatına görə, çərşənbə günü saat 12:40 radələrində fövqəladə hallar xidmətinə Montajnaya küçəsindəki Komsomolskoye kəndində dəmiryol çənlərində yanğın baş verməsi barədə məlumat daxil olub.
RİA Novosti-nin məlumatına görə, relslərdə üç çən yanıb. Yanğının ilkin səbəbi texnoloji pozuntudur.
Hazırda üç zərərçəkən barədə məlumat daxil olub. Onların xəsarətlərinin xarakteri müəyyənləşdirilir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər