Bütün xəbərlər
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
Tarix: 19-04-2024 09:32 | Bölmə: Cəmiyyət

Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Tu-22M3" təyyarəsi Stavropol diyarının Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb, bunu Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərbi idarənin hesabatında qeyd olunur ki, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna gedərkən qəzaya uğrayıb.
Üç ekipaj üzvü təxliyə edilib, onlar artıq tapılıb və xəstəxanaya aparılır. Onların hansı vəziyyətdə olduğu açıqlanmır. Eyni zamanda xilasedicilər daha bir pilotun axtarışına başlayıb.
“Gəmidə döyüş sursatı olmayıb, təyyarə boş əraziyə düşüb”, - Müdafiə Nazirliyi qeyd edib.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər