Bütün xəbərlər
Şri-Lankada avtomobil yarışının tamaşaçıları avtomobil tərəfindən öldürülüb
Tarix: 21-04-2024 18:25 | Bölmə: Cəmiyyət

Cənubi Asiyada Fox Hill Super Cross yarışı zamanı baş verən qəzada azı 7 nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şri-Lankada avtomobil yarışı zamanı faciəvi qəza baş verib. Fox Hill Super Cross yarışında sürücülərdən biri avtomobilini trasda saxlaya bilməyib və tamaşaçı kütləsinə çırpılıb.
İlkin məlumata görə, aralarında uşaqlar da daxil olmaqla 7 nəfər hadisə yerində ölüb. 20-dən çox tamaşaçı xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
Keçmiş hərbi qarnizonun ərazisində keçirilən kross yarışı Şri-Lankanın yerli əhalisi arasında çox populyardır. Bu dəfə avtomobil yarışlarını izləmək üçün 100 mindən çox insan toplaşıb.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər