Bütün xəbərlər
Litvada Rusiya səfirliyinə hücumda şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 09-04-2024 16:09 | Bölmə: Cəmiyyət

Litvanın hüquq-mühafizə orqanları aprelin 7-dən 8-nə keçən gecə Vilnüsdə Rusiya səfirliyinə molotov kokteyli atan şübhəli şəxsi saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, saxlanılan şəxs 1974-cü il təvəllüdlü Litva vətəndaşıdır. O, istintaq təcridxanasına yerləşdirilib, yaxın vaxtlarda barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Polisin məlumatına görə, aprelin 7-dən 8-nə keçən gecə Rusiya səfirliyinin ərazisinə yanar maye olan butulkalar atılıb. İkinci halda isə şüşə alışıb və binanın divarını zədələyib. Dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Əmlakın cəmiyyət üçün təhlükəli formada zədələnməsi ilə bağlı ibtidai istintaq aparılır.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər